YapiKredi Müraciət Forması
İdman Özəl

"Qalatasaray" əzəli rəqibinin sabiq futbolçusu üçün 22 milyon avro təklif edir

Qalatasaray əzəli rəqibinin sabiq futbolçusu üçün 22 milyon avro təklif edir

"Qalatasaray" qış transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirmək üçün "Fiorentina"nın futbolçusu, "Trabzonspor"un sabiq üzvü Krist İnao Oulai ilə maraqlanır.

Demokrat.az xəbər verir ki, "Fanatik" nəşrinin məlumatına görə, İstanbul klubu fil Dişi Sahilindən olan futbolçunun transferi üçün hərəkətə keçib.

Məlumata əsasən, Oulai ötən mövsüm "Trabzonspor"un heyətindəki çıxışı ilə diqqət çəkib və "Qalatasaray"ın da maraq dairəsində olub. Lakin həmin vaxt tərəflər arasında razılıq əldə edilməyib. Gənc yarımmüdafiəçi bonuslarla birlikdə 30 milyon avronu aşan transfer məbləği qarşılığında "Fiorentina"ya keçib.

İtaliya klubunda gözlədiyi qədər oyun şansı qazana bilməyən futbolçunun komandadan ayrılması gündəmə gəlib. İtaliya mətbuatında yayılan xəbərlərə görə, "Qalatasaray" 22 milyon avro civarında təklif hazırlayır. İstanbul təmsilçisinin futbolçunu satınalma şərti ilə icarəyə götürmək variantını da nəzərdən keçirdiyi bildirilir.

Məlumata görə, Oulai də Türkiyəyə qayıtmağa müsbət yanaşır.

Transfer planı çərçivəsində "Qalatasaray"ın Lesli Uqoçukvu və El Şaday Bitşiyabu ilə yollarını ayırmaq niyyətində olduğu da iddia edilir. İcarə əsasında komandada çıxış edən hər iki futbolçunun klubları ilə razılıq əldə olunacağı təqdirdə qış fasiləsində geri göndərilməsi gözlənilir.

Bununla həm U-23 yaş limiti üzrə heyətdə yer açılması, həm də yarımmüdafiə xəttində yeni quruculuğa başlanması planlaşdırılır.