Məşhur türk iş adamı Faruk Yalçının 2008-ci ildə vəfatından sonra övladlarına miras qalan, İstanbulun Kanlıca ərazisində yerləşən tarixi yalı aylardır alıcı axtarırdı. Mirasçılar əvvəlcə 70 milyon dollar qiymət istəsələr də, alıcı çıxmadığından ötən ay qiyməti 55 milyon dollara endirmişdilər. İndi isə yalıya çox tanış bir şəxsdən sürpriz təklif gəlib.
Demokrat.az xəbər verir ki, 1972-ci ildə Ərzincanın İliç rayonunda anadan olan Hamdi Ulukaya Ankara Universitetində siyasi elmlər üzrə təhsil aldıqdan sonra 1994-cü ildə ingilis dili öyrənmək üçün ABŞ-a köçüb. 2005-ci ildə Nyu-York ştatında fəaliyyətini dayandırmış köhnə yoqurt fabrikini alaraq yaratdığı “Chobani”ni bir neçə il ərzində ölkənin ən çox satılan yoqurt brendinə çevirib.
Bu gün 11,3 milyard dollar sərvəti ilə “dünyanın ən zəngin türkü” titulunu daşıyan Ulukaya Boğaza ilk dəfə təklif vermir. O, daha əvvəl tarixi Feyyaz Tokar Yalısını 45 milyon dollara satın almışdı.
Yaşadığı dövrdə dünyanın ən zənginləri siyahısında yer alan iş adamı Faruk Yalçının 2008-ci ildə vəfatından sonra onun ilk evliliyindən olan övladları Osman, Hatice, Ayşe və İsmail Yalçın, ikinci evliliyindən olan Süreyya Yalçınla birlikdə Kanlıcadakı Yağcı Hacı Şefik bəy Yalısını miras olaraq alıblar.
Qardaşlar aylar əvvəl yalını 70 milyon dollara satmağa çalışıblar, lakin alıcı çıxmayınca ötən ay daşınmaz əmlak şirkəti ilə razılaşaraq qiyməti 55 milyon dollara endiriblər.
Yalını gəzərək bəyənən Hamdi Ulukaya isə ailənin tələb etdiyi məbləğdən xeyli aşağı — 30 milyon dollarlıq təklif verib. Yalçın bacı-qardaşların bu təklifi qəbul edib-etməyəcəyi isə maraq doğurur.
Jalə
Demokrat.az