ADY 26 və 27 sentyabr tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək

İNFRASTRUKTUR 21 sentyabr 2026, 14:03
Azərbaycan Dəmir Yolları (ADY) artan sərnişin tələbatını nəzərə alaraq Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.

Demokrat.az
xəbər verir ki, ADY-dən verilən məlumata görə, əlavə reyslər sentyabrın 26 və 27-də təşkil olunacaq.

Bununla yanaşı, Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər də davam etdiriləcək.

Sərnişinlər biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi internet saytından və “ADY Mobile” tətbiqindən əldə edə bilərlər.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top