“Çox gözəl hərəkətlər bunlar” proqramındakı obrazları ilə tanınan türkiyəli aktyor Murat Eken 46 yaşını qeyd edib.
Demokrat.az xəbər verir ki, aktyorun doğum günü münasibətilə yayılan yeni fotoları onun illər ərzindəki görünüşünü yenidən gündəmə gətirib. Sosial şəbəkə istifadəçiləri Ekenin əvvəlki və indiki görüntülərini müqayisə edərək müxtəlif fikirlər səsləndiriblər.
Eken mühəndislik təhsili almaq üçün ABŞ-a getsə də, daha sonra bu qərarından vaz keçərək Müjdat Gezenin teatr kursunda təhsil alıb. O, 2006-cı ildə “Bir Demet Tiyatro” ilə ekranlara çıxıb. İki il sonra BKM Mətbəx heyətinə qoşulan aktyor daha geniş auditoriya tərəfindən tanınmağa başlayıb.
Onun karyerasında əsas dönüş nöqtələrindən biri isə “Çox gözəl hərəkətlər bunlar” layihəsi olub. Xüsusilə “Rus ruleti” skeci və oradakı məşhur replikası Ekenin böyük populyarlıq qazanmasına səbəb olub.
Aktyor daha sonra “Galip Derviş” serialı və “Survivor” kimi müxtəlif layihələrdə də iştirak edib.
İllər əvvəl qısa saç və təmiz üzlə yadda qalan Murat Ekenin hazırkı görünüşü isə xeyli fərqlidir. Aktyor yeni fotolarda gur saqqalı və uzanan saçları ilə diqqət çəkib.
Sosial şəbəkələrdə yayılan fotolara münasibət bildirənlər arasında onun dəyişimini bəyənənlərlə yanaşı, əvvəlki görünüşünü daha çox sevənlər də olub.

Jalə
Demokrat.az