İtaliyada məktəblərdə niqab və burqaya qadağa planlaşdırılır

DÜNYA 21 sentyabr 2026, 14:07
İtaliya hökuməti məktəblərdə üzün tam örtülməsini qadağan etməyi və siniflərdə xarici şagirdlərin sayına limit tətbiq etməyi planlaşdırır.

Demokrat.az
xəbər verir ki, bunu İtaliyanın Baş naziri Corcia Meloni açıqlayıb.

Baş nazir bildirib ki, hökumət yaxın vaxtlarda Nazirlər Şurasına məktəblərdə burqa və niqabın qadağan edilməsini nəzərdə tutan qanun layihəsi təqdim edəcək.

Təklif çərçivəsində bəzi xarici şagirdlərin valideynlərinə də müəyyən tələblərin qoyulması nəzərdə tutulur. Xüsusilə məktəbə inteqrasiya ilə bağlı ciddi problemlərin olduğu hallarda valideynlərdən italyan dilini öyrənmələri tələb oluna bilər.

Bundan başqa, siniflərdə xarici şagirdlərin sayının qanunla məhdudlaşdırılması planlaşdırılır.

Qeyd edək ki, İtaliyada xarici şagirdlərin siniflərdə payının 30 faizlə məhdudlaşdırılmasını nəzərdə tutan qayda daha əvvəl də tətbiqə qoyulmuşdu. Lakin həmin məhdudiyyətin praktikada geniş şəkildə həyata keçirilmədiyi bildirilir.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top