Albaniya göydən düşmə dövlət deyil — Həsən Həsənov

MƏDƏNİYYƏT 21 sentyabr 2026, 14:15
“Albaniyanın eramızdan əvvəl IV əsrdə yaranması haqqında mənbələrdə heç bir məlumat yoxdur”.

Demokrat.az xəbər verir ki, bunu tarix elmləri doktoru Həsən Həsənov “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda keçirilən seminarda deyib.



O bildirib ki, elmdə “mənbə” və “tədqiqat” anlayışları bir-birindən fərqlənir:

“Bilinməlidir ki, elmdə iki ifadə var: mənbə və tədqiqat. Bunlar tamamilə fərqli məsələlərdir.

Mənbə qədim yazılara deyilir. Hadisədən xəbərdar ola bilən və ona inam verən yazılı məlumatlar mənbə hesab olunur. Tədqiqat isə indiki tədqiqatçıların araşdırmalarıdır.

Ermənilər bizə qarşı çıxanda, bir nümunə üçün, mənbələri olmur, mənbə göstərmirlər. Ancaq və ancaq tədqiqatçıları çəkirlər. İndi də bu günlərdə yüzə yaxın tədqiqatçı var və müxtəlif fikirlər səsləndirirlər. O tədqiqatçıların mənbəyi yoxdur. Mənbə yoxdur, ona görə də bunu deyə bilərlər.

Erməni bir söz deyəndə görməlisiniz: bu, mənbəyə əsaslanır, yoxsa tədqiqatçıya? Tədqiqatçının adına əsaslanırsa, buna çox az inam var. Mənbəyə əsaslanırsa, buna çox inam vardır. Fərq bundadır.

Eramızdan əvvəl IV əsrdə Albaniyanın dövlət olaraq yaranmasına aid bir dənə də olsun mənbə yoxdur.

“Bəs nə mənbə var? Mənbə var. Eramızdan əvvəl I əsrdə Kassiy adlı Roma tarixçisi var. O deyir ki, ilk dəfə Roma sərkərdəsi Pompey Albaniyaya gələndə, albanlar onun qarşısına çarın başçılığı ilə qoşun çıxardılar. Bu, eramızdan əvvəl 66-cı ildə baş verib”.

Nuray Paşşanlı

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top