Sinqapur sahillərindən kənarda baş verən dəniz qəzasında qorxulu anlar yaşanıb.
Demokrat.az xəbər verir ki, Panama bayraqlı "First Margaux" adlı yük gəmisi Çinə məxsus "Lu Qing Yuan Yu 108" adlı balıqçı gəmisi ilə toqquşub. Qəza anları balıqçı gəmisindəki mobil telefon kamerası ilə saniyə-saniyə qeydə alınıb.
Qəzanın Sinqapur yaxınlığında dəniz nəqliyyatının sıx olduğu ərazidə baş verdiyi bildirilib. İlkin araşdırmalar və dəniz nəqliyyatının hərəkəti ilə bağlı təhlillərə əsasən, "First Margaux" öz hərəkət zolağı ilə irəliləyərkən sancaq tərəfindən yaxınlaşan Sinqapur bayraqlı "Gas Iris" adlı neft tankerinin əraziyə daxil olduğu müəyyən edilib.
Yük gəmisinin digər gəmi ilə məsafəni qorumağa çalışdığı, bu zaman Çin balıqçı gəmisinin də hərəkət zolağına daxil olduğu və daha sonra gəmilərin toqquşduğu ehtimal edilir.
Dənizçilik orqanları qəzanın dəqiq səbəbini müəyyənləşdirmək üçün araşdırmaya başlayıb. Ərazidəki Avtomatik İdentifikasiya Sistemi (AIS) məlumatları da araşdırılır.
Qəzadan sonra xəsarət alanların olub-olmaması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Gəmilərə dəyən ziyanın miqyasının müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir.
Jalə
Demokrat.az

Dehşet anları kamerada: Denizde iki gemi böyle çarpıştıhttps://t.co/1abVBD0vyf
— Haber Global (@HaberGlobal) September 21, 2026
Jalə
Demokrat.az