45 yaşlı Adriana Limanın son görüntüsü gündəm oldu — FOTO

ŞOU-BİZNES 21 sentyabr 2026, 14:57
Dünyaca məşhur model Adriana Limanın İspaniyanın paytaxtı Madriddə keçirilən tədbirdəki görünüşü diqqət çəkib.

Demokrat.az
xəbər verir ki, 45 yaşlı model “Mercedes-Benz Fashion Week”in bağlanış gecəsində iştirak edib. Zərif qara libas geyinən Lima qırmızı xalçada verdiyi pozalarla gecənin diqqətçəkən simalarından birinə çevrilib.

Model saçlarını səliqəli topuz şəklində yığıb və görünüşünü uzun sallanan sırğalarla tamamlayıb. Onun sadə və zövqlü üsluba üstünlük verməsi xarici medianın da diqqətindən yayınmayıb.

Adriana Lima son illərdə, xüsusilə 2022-ci ildə üçüncü övladını dünyaya gətirdikdən sonra görünüşündəki dəyişikliklərlə bağlı tez-tez müzakirə olunub. Modelin üzündəki dəyişikliklər sosial şəbəkələrdə estetik müdaxilə iddialarına səbəb olsa da, Lima bu barədə hər hansı açıqlama verməyib.

Son tədbirdəki görüntülərindən sonra modelin fiziki formasını bərpa etməsi də sosial mediada müzakirə mövzusuna çevrilib. Onun üz nahiyəsində estetik prosedurlar etdirdiyi barədə iddialar yenidən gündəmə gəlsə də, bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib.

Limanın Madrid moda həftəsinin bağlanış gecəsindəki görüntüləri qısa müddətdə sosial şəbəkələrdə geniş yayıılıb və pərəstişkarları tərəfindən maraqla qarşılanıb.



Jalə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

Top