Tacir Şahmalıoğlu əməliyyat olundu

ŞOU-BİZNES 21 sentyabr 2026, 15:26
Müğənni Tacir Şahmalıoğlu bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.

Demokrat.az xəbər verir ki, axşam.az-a açıqlama verən sənətçi hazırda xəstəxanada olduğunu deyib. O bildirib ki, öd kisəsində problem yaranıb və təcili əməliyyat olunub:

“Öd kisəm deşildi, xəstəxanaya gəldim, təcili əməliyyat olundum. Hazırda yaxşıyam. Bir-iki gün sonra evə buraxılacağam”.

T. Şahmalıoğlu son günlər xeyli çəki itirməsinə də aydınlıq gətirib:

“Diabet xəstəsiyəm. Şəkərə görə 25 kiloqram çəki atmalıyam. Ona görə də arıqlayırdım. İndi bu əməliyyat ortaya düşdü, qaldı belə”.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

21 sentyabr 2026, 16:07
Top