“Kurtlar Vadisi” serialında “Ömər Baba” obrazını canlandıran Emin Olcay serial və onunla bağlı aparılan araşdırma barədə danışıb. Aktyor Raci və Necati Şaşmaz qardaşlarını sərt şəkildə tənqid edib.
Demokrat.az xəbər verir ki, keçmiş Milli Kəşfiyyat Təşkilatı (MİT) əməkdaşı Kaşif Kozinoğlunun həbsxanada ölümü ilə bağlı aparılan istintaq çərçivəsində “Kurtlar Vadisi Pusu” serialının ssenaristləri Raci Şaşmaz, Bahadır Özdənər və Cüneyt Aysan “məlumatlı şəxs” qismində ifadə veriblər. Baş Prokurorluq isə istintaq çərçivəsində serialın araşdırılmasına qərar verib.
Emin Olcay “Sabah”a açıqlamasında bildirib ki, Osman Sınavdan sonra serialın siyasi məzmunu getdikcə artıb və ssenaridə dəyişikliklər baş verib.
“Bir neçə dəfə danışmağa çalışdım, amma cavab vermədilər. Mən də susdum. Şübhələnirdim ki, birilərindən bu məlumatları almasalar, bunları haradan bilirlər? Düşünürdüm ki, haradansa nəsə gəlir və onlar da yazırlar”, deyə aktyor bildirib.
Olcay serialda bəzi obraz və hadisələrin ssenariyə daxil edilməsini də sual edib. Onun sözlərinə görə, çəkilişdən əvvəl ssenariləri oxuyarkən bəzi məqamlar ona təəccüblü gəlirmiş.
Aktyor bildirib ki, Harp Məktəbində hər il səhnələşdirilən tamaşalara dörd il rəhbərlik edib və bu müddətdə bəzi tələbələrindən FETÖ-nün onların necə tələlər qurması və fəaliyyətləri barədə eşidib. Olcay serialdakı sonrakı dəyişikliklərin onu narahat etdiyini vurğulayıb.
Onun sözlərinə görə, serialdan ayrılmaq istəsə də, qalması üçün ona müxtəlif vədlər verilib, lakin bu vədlər yerinə yetirilməyib. Aktyor həmçinin serialın sonrakı mərhələlərdə Britaniya agentləri, KQB və FTB kimi obrazların yer aldığı, daha çox “Ceyms Bond” filmlərini xatırladan məzmuna çevrildiyini bildirib.
Emin Olcay Raci və Necati Şaşmaz qardaşları ilə bağlı da sərt ifadələr işlədib: “Mən onlara çox küsülüyəm. Nə ataları, nə də babaları kimi insan deyillər. Yaxşı, dürüst, düzgün insanlar deyillər”.
Olcay Şaşmaz qardaşlarının tikinti sektoruna daxil olmasından sonra “Pana Film”də çalışan bəzi şəxslərin də maddi itkilərlə üzləşdiyini iddia edib. Onun sözlərinə görə, həmin şəxslər əmlak sahibi olmaq üçün pul verib və məsələ hazırda məhkəmə müstəvisindədir.
Aktyor özü ilə bağlı da narazılıqlarını bölüşüb. O, 12 il serialda rol aldığını və bazardakı digər ödənişlərlə müqayisədə daha aşağı qonorarla çalışdığını söyləyib. Olcay həmçinin həyat yoldaşı Hayat Olcayın da serialda rol aldığını və sonradan ona səhnə yazılmadığını bildirib.
“Setdə mənə mobbinq tətbiq olunurdu. Yəqin ki, məni ikinci dərəcəli insan kimi görürdülər”, deyə aktyor qeyd edib.
“Kurtlar Vadisi Pusu” ilə bağlı FETÖ araşdırmasına münasibət bildirən Olcay istintaqın aparılmasını düzgün hesab etdiyini deyib.
“İstintaq açılmasını çox doğru hesab edirəm. Həqiqət nədirsə, ortaya çıxsın. Əgər yanlış iş görüblərsə, cəzalarını çəksinlər, yanlış etməyiblərsə, bu vəziyyətdən təmiz çıxarlar”, deyə aktyor bildirib.
Jalə
Demokrat.az