Həmin məbədlər ilkin olaraq ermənilərə məxsus olmayıb — Açıqlama

MƏDƏNİYYƏT 21 sentyabr 2026, 15:15
Davud Axundov monoqrafiyasında Qafqaz Albaniyasının ərazisi ilə bağlı mühüm faktları ortaya qoyub.

Demokrat.az xəbər verir ki, bunu “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda keçirilən seminarda tarix elmləri doktoru Həsən Həsənov deyib.

O bildirib ki, Davud Axundovun tədqiqatlarına əsasən, Qafqaz Albaniyasının ərazisi Qafqaz sıra dağlarından Alagözə qədər, Xəzər sahillərindən isə Göyçə gölü də daxil olmaqla, bugünkü İrəvan ərazisinə qədər uzanıb.

H.Həsənovun sözlərinə görə, Qafqaz Albaniyasının tarixi və ərazisi ilə bağlı müxtəlif elmi əsərlərdə fərqli yanaşmalar irəli sürülüb.

Tarixçi həmçinin bölgədəki bəzi qədim məbədlərin ilkin olaraq tanrıçılıq məbədləri olduğunu iddia edib. Onun sözlərinə görə, sonradan həmin məbədlərin üzərinə xaçlar əlavə edilib və onlar erməni dini abidələri kimi təqdim olunub.

H.Həsənov bildirib ki, Türkmənçay müqaviləsindən sonra bölgədə ermənilərin mövqelərinin güclənməsi ilə Alban məbədlərinin onlara verilməsi ilə bağlı Rusiya imperatoruna müraciət edilib.

“ Alban məbədləri xüsusi sərəncamla ermənilərə verilib və həmin məbədlər ilkin olaraq ermənilərə məxsus olmayıb” – deyə Həsən Həsənov fikrini tamamlayıb.

Nuray Paşşanlı

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top