Məşhur türk aktrisa Afra Saraçoğlu barəsində Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən aparılan qadağan olunmuş maddələrlə bağlı araşdırma çərçivəsində saxlanılma qərarı verilib.
Denokrat.az xəbər verir ki, xaricdə olan Afra Saraçoğlu Türkiyəyə qayıtdıqdan sonra hava limanında saxlanılıb.
Qeyd edək ki, sentyabrın 18-də Bakırköy Respublika Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində Afra Saraçoğlunun da saxlanılması barədə qərar verildiyi ilə bağlı xəbərlər yayılıb. Aktrisa həmin vaxt verdiyi açıqlamada xəbəri xaricdə olarkən öyrəndiyini bildirib:
"Bu gün mətbuata yansıyan və bir çox həmkarımla birlikdə adımın hallandığı xəbərləri xaricdə olarkən öyrəndim. Çox əvvəldən planlaşdırılmış iş səfərimlə əlaqədar hazırda Türkiyədə deyiləm. Ədalətin təmin olunması və prosesin ən düzgün şəkildə irəliləməsi üçün ən qısa zamanda ölkəmə qayıdaraq hüquq-mühafizə orqanları ilə tam əməkdaşlıq çərçivəsində ifadə verəcəyəm. Ürəyim rahatdır, hər şeyin aydınlaşacağına tam inanıram".
Jalə
Demokrat.az