Bakının Nəsimi rayonunda 45 yaşlı kişi həyat yoldaşına xəsarət yetirməkdə ittiham olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə onların birgə yaşadıqları evdə baş verib. Naxçıvan sakini, 1981-ci il təvəllüdlü Kamal həyat yoldaşı Günay (adlar şərtidir – red.) ilə mübahisə edib.
İstintaq sənədlərinə görə, aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı 45 yaşlı kişi həyat yoldaşının sifət nahiyəsinə əli ilə qəsdən zərbələr vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faktla bağlı Kamalın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Kamal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxslə barışdığını söyləyib.
Zərərçəkmiş qadın da əri ilə barışdığını təsdiqləyib. O, ifadəsində əri ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.
Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilib, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.
Fariz Məlikli