Bakı Dəmiryol Vağzalında Milli Musiqi Günü münasibətilə fleşmob keçirilib — VİDEO

İNFRASTRUKTUR 18 sentyabr 2026, 15:35
18 Sentyabr – Milli Musiqi Günü münasibətilə Bakı Dəmiryol Vağzalında inklüziv musiqi tədbiri təşkil olunub.

Demokrat.az
xəbər verir ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin üzvlərinin iştirakı ilə keçirilən fləşmob zamanı görmə məhdudiyyətli gənclər dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasından musiqi parçası səsləndiriblər.

Musiqi nömrəsini Prezident mükafatçısı Səməd Novruzov və Xaliq Şərifov ifa edib. Onları kamançada Prezident mükafatçısı Fatimə İsrafilova, tarda Fərid Abdullayev və nağarada Xətai Azayev müşayiət edib.

Milli musiqimizin zənginliyini və inklüzivlik dəyərlərini nümayiş etdirən tədbir vağzalda olan sərnişinlərin marağına səbəb olub.
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

18 sentyabr 2026, 15:18
18 sentyabr 2026, 14:35
Top