Ermənistandakı Rusiya sənaye və infrastruktur müəssisələri İrəvan tərəfindən həyata keçiriləcək "reyder üsulu ilə ələ keçirmə"lərin yeni hədəflərinə çevrilə bilər.
Demokrat.az-ın məlumatına görə, bu barədə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov bildirib.
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu qeyd edib ki, Ermənistanda fəaliyyət göstərən Rusiya biznesinə qarşı düşmən mövqe sərgilənir və açıq-aşkar "ikili standartlar" tətbiq olunur
O, əlavə edib ki, Rusiyanın milyardlarla sərmayə qoyduğu müəssisələrin və bütün sahələrin başına gələnləri yalnız "korporativ reyd" kimi xarakterizə etmək olar.
Şevtsov jurnalistlərə bildirib ki, "Ermənistandakı Rusiya sənaye və infrastruktur müəssisələri (bu cür 'korporativ reydlərin) növbəti hədəfi ola bilər".
Ermənistandakı Rusiya sənaye və infrastruktur aktivləri respublikanın enerji, nəqliyyat və telekommunikasiya sektorlarında mühüm mövqelər tutur. Onlar həm irimiqyaslı investisiyaların obyekti olmuş, həm də son dövrlərdə həmin müəssisələrə təzyiq göstərilməsi riski ilə bağlı Rusiya rəhbərliyinin bəyanatlarına və dövlətlərarası gərgin müzakirələrə səbəb təşkil etmişdir.
Energetika: "Qazprom Ermənistan" QSC ("Qazprom" ASC-nin tam törəmə müəssisəsi) ölkənin daxili qaz nəqli və paylanması sisteminin inhisarçı təchizatçısı və operatorudur. "Ermənistanın Elektrik Şəbəkələri" QSC (ENA) elektrik enerjisinin paylanması şəbəkəsinin əsas operatorudur.
Nəqliyyat və logistika: "Cənubi Qafqaz Dəmir Yolu" (SCR) — Ermənistanın dəmir yolu əməliyyatlarının "Rusiya Dəmir Yolları" (RZD) ASC tərəfindən həyata keçirilən konsessiya əsaslı idarəetməsi.
Telekommunikasiya: "MTS Ermənistan" QSC ("Viva-MTS" brendi) respublikada ən böyük mobil şəbəkə və rəqəmsal xidmət operatorlarından biridir.
Alparslan