Gürcüstan və Ermənistanda da demoqrafik vəziyyət yaxşı deyil. Orada da doğuş saylarında azalmalar var. Ancaq azalmanın faiz nisbəti bizdə daha çoxdur.
Demokrat.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.
“Bu, düşünmək və müəyyən qərarların alınması üçün yetərli səbəb ola bilər. Yəni demoqrafik vəziyyətin daha da pisləşməməsini gözləməkdənsə, indidən müəyyən önləyici tədbirlərin alınması məqsədəuyğundur”, - Cəfərli bildirib.
Ekspert dünya normaları ilə müqayisədə doğulan oğlan uşaqlarının sayının Azərbaycanda daha çox olduğunu da vurğulayıb:
“Ancaq ölkəmizdə nisbət çox vaxt 51/49-a və ya 51.5/48.5-ə bərabər olur. Bu ilin 7 ayındakı doğuşlarda nisbət (53,4 faiz oğlan və 46,6 faiz qız) böyük ehtimalla selektiv abortlara görədir. Təbiət elə formalaşdırır ki, təbii artımda oğlan uşaqlarının sayı daha çox olur. Bizdə nisbət bir az çoxdur, ona görə də selektiv abortlarla bağlı izahedici işlər gücləndirilməlidir”.
Demokrat.az