Pentaqonun sözçüsü: “Şoyqu ABŞ-ın zənglərinə cavab vermir”

DÜNYA 14 apr 2022, 15:00
ABŞ müdafiə naziri Lloyd Ostin rusiyalı həmkarı Sergey Şoyqu ilə əlaqə saxlaya bilmir.

Demokrat.az xəbər verir ki, bunu Pentaqonun sözçüsü Con Kirbi bildirib.

O qeyd edib ki, Ostin rusiyalı həmkarı Sergey Şoyqu ilə əlaqə saxlamağa çalışsa da, nəticəsi olmur. “Son cəhdin nə vaxt olduğunu bilmirəm. Məncə, bu yaxınlarda, olub. Və yenə də ruslardan heç bir cavab olmadı”, – Kirbi deyib.

Bundan əvvəl Lloydun özü demişdi ki, Şoyqu ilə əlaqə saxlaya bilmir. Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi fevralın ortalarından ABŞ-la əlaqəni dayandırıb. Lloyd qeyd edib ki, Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov da həmkarı ilə əlaqə saxlamır.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top