Bakıda qadını evə salaraq günlərlə təcavüz etdilər — ŞOK OLAY

KRİMİNAL 13 iyl 2020, 14:27

Bakının Xətai rayonunda qıza qarşıs seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinən daha bir nəfər həbs edilib.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Yusif Rzayev həbs edilib.


Qeyd edək ki, bundan əvvəl isə Orxan Əliyev həbs edilmişdi.


İstintaq orqanı tərəfindən hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 145.2.4-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən qanunsuz azadlıqdan məhrum etmə), 145.2.6-cı (silahdan yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə qanunsuz azadlıqdan məhrum etmə) və 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddələri ilə ittiham elan edilib.


Məlum olub ki, Orxan Əliyev ilə Yusif Rzayev dost olublar. Onlar zərərçəkmişi evə salaraq qanusuz olaraq azadlığını məhdudlaşdırıblar.


Daha sonra onlar həmin şəxsə qarşı dəfələrlə seksual xarakterli hərəkətlər ediblər.

 

İstintaq davam edir.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top