Bu rayonda karantin rejiminə nəzarət gücləndirilir — RƏSMİ AÇIQLAMA

SOSİAL 02 iyl 2020, 18:34

Azərbaycanda karantin rejimi dövründə epidemioloji vəziyyətin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülür. Xüsusi karantin rejiminin qaydalarına əməl olunmasını təmin etmək üçün bu gün Zərdab Rayon İcra Hakimiyyətinin iclası baş tutacaq.


Demokrat.az bildirir ki, bu haqda Qazet.az-a Zərdab Rayonu İcra Hakimiyyətinin (RİH) mətbuat xidmətinin rəhbəri Vasif Məmmədov bildirib.


“Mobil operativ qrupların gücləndirilməsi, maskasız gəzən vətəndaşlar barəsində müvafiq inzibati protokolun tərtib olunması ilə bağlı müəyyən göstərişlər verilib. Bu gün bununla bağlı iclasımız baş tutacaq”, – deyə o məlumat verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top