Ölkənin tanınmış klinker və sement istehsalçısı olan “Holcim” (Azərbaycan) ASC ilə bağlı cərimə protokolu imzalanıb.
Tribunainfo.az xəbər verir ki, ASC-nin İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 485.2-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
“Holcim” (Azərbaycan) ASC ilə bağlı iş baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilib. 15 iyul tarixində hakim Rufan Mürsəlovun sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, “Holcim” (Azərbaycan) ASC 1999-cu illərdən Azərbaycanda fəaliyyətə başlayıb. Şirkətin Baş Direktoru Xalid Samaka, Texniki direktoru Əli Hüseynovdur.
Qarşı tərəfi dinləməyə hazırıq.