ABŞ-da yeni Azərbaycan diaspor təşkilatı yaradıldı

DİASPOR 27 avq 2021, 16:44
ABŞ-da yeni Azərbaycan diaspor təşkilatı yaradılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının idarə heyətinin üzvləri Kamran Qarayev və Əsmər Hüseynovanın birgə təşəbbüsü ilə ABŞ-ın Yuta ştatında fəaliyyət göstərən “Yuta-Azərbaycan Dostluq Təşkilatı” rəsmi qeydiyyatdan keçib.

Bu barədə Yuta Ticarət Nazirliyinin korporasiya və kommersiya kodeksi şöbəsinin direktoru Li Veylettin Yuta-Azərbaycan Dostluq Təşkilatına ünvanladığı məktubda məlumat verilib.

Məktubda bildirilib ki, təşkilat Yuta Ştatının qanunvericiliyinə müvafiq olaraq hüquqi şəxs qismində qeydə alınıb.

Qeyd edək ki, yeni təşkilatın rəhbəri Amerika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü, Yuta-Azərbaycan İcmasının nümayəndəsi Əsmər Hüseynovadır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top