Nyu-Yorkda Zəfər və Bayraq Gününə həsr olunmuş aksiya keçirilib

DİASPOR 09 noyabr 2024, 20:00

ABŞ-nin Nyu-York şəhərində məşhur “Times Square” meydanında 8 Noyabr - Azərbaycanın Zəfər Gününə və 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş məlumatlandırma aksiyası keçirilib.

Demokrat.az xəbər verir ki, aksiya Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Amerika Gənclər Federasiyasının (AAYF) təşkilatçılığı ilə baş tutub.

AAYF-in sədri Leyla Aslanovanın təşkilatçılığı ilə toplanan ABŞ-də təhsil alan azərbaycanlı gənclər meydanı ziyarət edən turistləri və yerli amerikalıları Azərbaycanın tarixi Zəfər günü barəsində məlumatlandırıblar.

Həmyerlilərimiz Azərbaycanın üç rəngli bayrağı ilə “Yaşasın Azərbaycan”, “Zəfər Bayramın mübarək Azərbaycan” şüarları səsləndiriblər. Eyni zamanda “Times Square” meydanında nəhəng led ekranlarda Azərbaycanın ərazi bütövlüyünün əks olunduğu xəritə nümayiş olunub. Meydanı ziyarət edən turistlər Azərbaycan bayrağı ilə fotolar çəkdiriblər.

Bundan başqa, üzərində “8 Noyabr Azərbaycanın Zəfər Günüdür!” şüarı və Azərbaycanın Zəfər rəmzi hesab olunan Xarıbülbülün əks olunduğu led ekranlı avtomobil meydanın ətrafında hərəkət edib və 42-ci küçədə dayanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 dekabr 2024, 10:01
Top