Yenidən qurulan İrpendə Azərbaycan restoranı açıldı — FOTOLAR

DİASPOR 08 oktyabr 2024, 17:16
Ukraynanın İrpen şəhərinin mərkəzində Azərbaycan restoranı açılıb.

Demokrat.az
xəbər verir ki, “Zeytun” adlı restoranda Azərbaycan və Türkiyə mətbəxinin teamları müştərilərə təklif olunur.

Azərbaycana aid milli simvol və ornamentlərlə bəzədilən restoranın açılışına bir sıra tanınmış və nüfuzlu şəxslər qatılıb.

Açılış mərasimində iştirak edən qonaqlar arasında Krım tatarlarının lideri, Nobel Sülh Mükafatına keçmiş namizəd Mustafa Cəmilov da olub. 

Qeyd edək ki, Kiyev vilayətinin İrpen şəhəri Rusiya-Ukrayna müharibəsinin ilk günlərində ən çox ziyan dəymiş yaşayış məntəqələrindən biridir. Şəhər uğrunda ağır döyüşlər zamanı İrpenin 70 faizdən çox hissəsində yaşayış binası, tibb müəssisəsi, məktəb və sosial infrastrukturuna ciddi ziyan dəyib. 

İlkin hesablamalara görə, şəhərin tam bərpası və yenidən qurulması üçün 1 milyard dollardan çox vəsait lazımdır. Bu gün isə İrpen yenidən qurulur.

İrpenin bərpasında və yenidən qurulmasında bir sıra xarici ölkələr, beynəlxalq donorlar iştirak edir. Bu sırada Azərbaycan öndəgedən ölkələrdən biridir. 

İrpen şəhərinin bərpasında Azərbaycan dövlətinin dost Ukraynaya göstərdiyi kömək qarşı tərəfin rəsmiləri tərəfindən də yüksək qiymətləndirilir.












Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 noyabr 2024, 12:47
21 noyabr 2024, 12:30
Top