Qərbi Azərbaycana qayıdışla bağlı Brüsseldə beynəlxalq tədbir keçiriləcək

DİASPOR 23 avqust 2024, 10:10
Bu ilin 23-27 oktyabr tarixlərində "Qərbi Azərbaycana Qayıdış Konsepsiyasınım beynəlxalq hüquqi aspektləri və təminatı" mövzusunda Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyinin təşkilatçılığı ilə Avropanın siyası mərkəzi olan Brüsseldə layihə həyata keçiriləcək. 

Bu barədə Demokrat.az-a ATXƏM sədri İlham İsmayılov açıqlamasında məlumat verib. 

Onun sözlərinə görə, bu, Qərbi Avropada "Qərbi Azərbaycana Qayıdış" mövzusunda keçirilən ikinci tədbirdir:

"Birinci tədbir ötən il Haaqa şəhərində Avropada yaşayan Qərbi Azərbaycanlılarla bağlı idi. Layihənin həyata keçirilməsində tərəfdaş təşkilatlar  Belçika-Azərbaycan Dostluq Cəmiyyəti, eyni zamanda Türk Ocaqları Gent-Belçika Mərkəzi və Belçika -Türkcə Media Birliyi dəstək göstərəcəklər.  Mesaj isə Qərbi Azərbaycandan vaxtilə sürgün, deportasiya olunmuş insanların öz ata-baba yurdlarına qayıtmağının hüquqi aspektləri və qayıtdıqdan sonrakı təminatları mövzusu olacaq. Tədbirin əsas əhəmiyyəti bundan ibarət olacaq. 

Tədbirə həmçinin beynəlxalq təşkilatlar,  media qurumları, Avropa Parlamenti üzvləri, yerli mətbuat orqanları,  diaspora təşkilatlarının nümayəndələri dəvət olunublar". 

İlham İsmayılov bildirib ki, hazırda tədbirlə bağlı sənədləşmə işləri gedir: 

"Viza alınması üçün müraciət etmişik. Tədbirin artıq Belçikada anonsu verilib, afişalar vurulub, tərəfdaş təşkilatlarla danışıqlar aparılır”. 

İlham İsmayılov Azərbaycan diasporasının indiki fəaliyyəti ilə bağlı da danışıb:

“Bilirsiniz, biz arxayınlaşıb oturmamalıyıq. Yəni Qarabağlı, Xocalılı olduğumuz kimi, Qərbi Azərbaycana qayıdışla bağlı da gərək eyni davranışı göstərək. Yəni Qərbi Azərbaycanlı olaq. Səmimi deyim ki, bu sahədə uğurlu siyasətin aparılması üçün təşkilatlar arasında əlaqə bir az zəifdir. Uzun müddət fəaliyyət göstərən, sınaqdan çıxmış diaspora fəallarına, rəhbərlərinə öz fəaliyyətlərini genişləndirmək, inkişaf etdirmək üçün şərait yaradılmalıdır".  

ATXƏM sədri diqqətə çatdırıb ki, sentyabr ayında Qafqaz İslam Ordusunun Bakını daşnak-bolşevik birləşmələrindən azad etməsinin ildönümü ilə bağlı silsilə tədbirlər keçiriləcək: 

"Bu tədbirlə bağlı İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlunun rəhbərliyi ilə 20 nəfərdən ibarət heyətin Bakıya səfəri planlaşdırılır. Bu görüşlər zamanı da Azərbaycanda Nuru Paşaya abidəsinin qoyulması ilə bağlı məsələ qaldırılacaq".

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 noyabr 2024, 12:47
21 noyabr 2024, 12:30
Top