ATXƏM sədri tanınmış jurnalisti təltif etdi — FOTOLAR

DİASPOR 29 may 2024, 14:58
Tanınmış jurnalist, “Yeni Musavat” Media Qrupunun əməkdaşı Elşad Paşasoy 50 illik yubileyi münasibətilə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) tərəfindən təltif olunub. 

Demokrat.az
-ın məlumatına görə, mükafatı Elşad Paşasoya ATXƏM sədri İlham İsmayılov şəxsən təqdim edib. 

Təqdimat zamanı ATXƏM sədri İlham İsmayılov Elşad Paşasoyun keçdiyi jurnalist fəaliyyətinə toxunaraq, onun qələmə aldığı yazıların Azərbaycan cəmiyyəti və Türk dünyası üçün, həmçinin ölkəmizdə diaspor quruculuğunun inkişafında xüsusi əhəmiyyət kəsb etdiyini deyib. 

İlham İsmayılovun sözlərinə görə, Elşad Paşasoy müasir Azərbaycan mediasında önəmli yerlərdən birini tutub. 

Daha sonra ATXƏM sədri jurnalistə gələcək fəaliyyətində daha böyük nailiyyətlər və uğurlar arzulayıb. 

Öz növbəsində Elşad Paşasoy da təltifə görə, İlham İsmayılova və rəhbərlik etdiyi ATXƏM-in kollektivinə təşəkkür edib. 

Görüşdən sonra xatirə fotosu çəkilib. 




Elmar Heydərli
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top