Avro-Atlantik Azərbaycanlılarının Tərəfdaşlıq Şurasından Polşa Prezidentinə ETİRAZ

DİASPOR 30 noyabr 2024, 20:05
Mərkəzi Mənzil Qərargahı Amsterdamda yerləşən Avro-Atlantik Azərbaycanlılarının Tərəfdaşlıq Şurası Polşa Prezidenti Andjey Dudanın Ermənistanın Azərbaycanla şərti sərhədinə səfərinə etiraz olaraq bəyanat yayıb.

Bu barədə Şuradan Demokrat.az-a məlumat verilib.

Təşkilatın Baş katibi Sahil Qasımov tərəfindən imzalanmış bəyanatda qeyd olunur ki, rəsmi Bakı ilə strateji tərəfdaş olan Polşa Prezidenti Andjey Dudanın “binokl şousu”na qatılması  Avro-Atlantik Azərbaycanlılarının Tərəfdaşlıq Şurasında böyük təəssüf hissi doğurur.

Daha sonra bəyanatda deyilir: 



“ Polşa Prezidenti Andjey Dudanın hələ də Ermənistanın işğalı altında olan Azərbaycanın Kərki kəndi yaxınlığına Avropa İttifaqının missiyası ilə birlikdə səfər etməsi əsrlər boyu formalaşmış Azərbaycan-Polşa münasibətlərinə ziddir. 

Avro-Atlantik Azərbaycanlılarının Tərəfdaşlıq Şurası olaraq bəyan edirik ki, bu cür hallar Polşa ilə münasibətlərlə yanaşı, Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesinin normallaşmasına da ciddi xələl gətirir“.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 dekabr 2024, 10:01
Top