Regionlarda əmlakın baha olmasının səbəbi bəlli oldu

GÜNDƏM 16 oktyabr 2025, 17:05
“Regionlar genişdir və hər bölgənin öz dinamikası var. Bakı şəhəri ərazi baxımından kiçik olsa da, regionlar Naxçıvana qədər uzanır”.

Bunu Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov Demokrat.az-a açıqlamasında deyib.

O əlavə edib ki, əmlak bazarındakı qiymət artımları isə regiondan-regiona fərqlidir və əsasən bir neçə amildən asılıdır:

“Yay aylarında, xüsusilə iyun-avqust dövründə Qəbələ, Oğuz kimi turistik bölgələrdə tələbat artır. Bu da qiymət artımına səbəb olur. Bu artım həm kirayə, həm də satış bazarında müşahidə olunur.  Magistral yolların bərpası, yeni yolların çəkilməsi və infrastrukturun inkişafı da qiymətlərə təsir göstərir. Qəbələ-Oğuz yolunun təmiri buna nümunədir. Bu, bölgəyə çıxışı asanlaşdırıb və investisiya marağını artırıb. Əgər ərazi kənd təsərrüfatı üçün nəzərdə tutulubsa və turizm potensialı zəifdirsə, orada qiymət artımı o qədər də hiss olunmur. Yəni bu zonalarda bazar daha sabit qalır. Yəni ümumi qiymət artımı olsa da, bu, hər rayonda eyni səviyyədə deyil. Artımlar əsasən iqtisadi aktivlik və infrastruktur inkişafı ilə paralel gedir”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top