Pensiya yaşı artırılır? — Deputatdan AÇIQLAMA

GÜNDƏM 16 oktyabr 2025, 17:01
"Hazırda pensiya yaşının artırılması müzakirə olunmur. Bununla bağlı hər hansı layihə də təqdim olunmayıb".

Bunu Demokrat.az-a açıqlamasında deputat, iqtisadçı Vüqar Bayramov deyib. O bildirib ki, pensiya islahatlarının dərinləşdirilməsi, pensiya qanunvericiyiliyin təkmilləşdirilməsi əsas prioritetlərdəndir:

"Burada özəl pensiya fondlarının yaradılması, sığorta-pensiya münasibətlərinin tənzimlənməsi vasib istiqamətlərdən hesab edilir və yeni qərarların qəbul edilməsi gözləniləndir. Konkret olaraq pensiya yaşının artırılması isə müzakirə edilmir".

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top