Kürdəmir sakini həmkəndlisi tərəfindən bıçaqlandı

KRİMİNAL 12 iyl 2021, 09:09
Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Muradxan kəndində qeydə alınıb.

Kənd sakini Abışov Amil Rizvan oğlu aralarında yaranan münaqişə zəmnində həmkəndlisi 28 yaşlı Salmanov İbrahim Mətləb oğluna üç bıçaq xəsarəti yetirib.

Yaralı ətrafdakı insanların köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsində araşdırma aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top