Tam bəraət: “İnvestAZ Menkul Değerler A.Ş.” şirkətinə qarşı olan iddiaların əsassız olduğu sübut edildi


SOSİAL 29 may 2021, 14:52
Keçən il Türkiyədə fəaliyyət göstərən "İnvestAZ Menkul Değerler A.Ş.” şirkətinə qarşı bəzi əsassız iddialar irəli sürülmüşdür. Yunus Akgün adlı şəxs istər şirkət, istərsə də şirkət rəhbərliyinə qarşı başlatdığı haqsız və heç bir dəlilə söykənməyən iddialarla şirkətin etibarına xələl gətirmək niyyəti ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, bu şəxs bilərəkdən yalan məlumat verməklə şirkətin nüfuzuna zərər yetirmək məqsədilə müxtəlif media qurumlarında qara PR apararaq şirkətə maddi və mənəvi zərbə vurmağa çalışmışdır.

İstanbul Ağır Cəza Məhkəməsi bu şikayət üzərindən araşdırma apararaq 25.05.2021-ci il tarixdə bu iddiaların əsassız və həqiqətə uyğun olmadığını qərara aldı və şikayətdə yer alan idarə heyətinin üzvləri tam olaraq bəraət qazandı.

Çox təəssüflə qeyd etmək istərdik ki, qeyd edilən iddiaların "InvestAZ İnvestisiya Şirkəti QSC” şirkətinə aidiyyatı olmadığı halda Azərbaycan mediasında bəzi saytlar qarşı tərəfin fikrini almadan, jurnalist araşdırması aparmadan şübhə yaratmaq məqsədli məqalələr dərc etmək istəmişdirlər. Şirkətimizin ictimaiyyətlə əlaqələr departamenti bu cür məcraları yaxından təqib edərək media qurumları ilə hər zaman dəqiqləşdirmə aparmağa və məlumatlandırmağa hazırdır. Bu kimi tədbirlər nəticəsində ölkəmizdəki media qurumları ilə şirkətimiz arasında güvənə dayanan sıx münasibətlər yaranmışdır.

Bir daha bu istiqamətdə bizə dəstək olan hər kəsə öz minnətdarlığımızı bildiririk.

InvestAZ şirkəti 20 ilə yaxındır ki, fəaliyyətdədir və daimi yüksək səviyyəli xidməti ilə müştərilərin etibarı və sevgisini qazanmışdır. Şirkətin əsl məqsədi ölkədə maliyyə savadlılığını artırmağa çalışmaq və insanlara müasir dövrün qazanc imkanlarını aşılamaq və öyrətməkdir.(7news.az)

Demokrat.az

 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top