Heydər Əliyev Zirvəsinə yürüş təşkil edildi — FOTO

GÜNDƏM 14 iyul 2025, 12:11
14 iyul 1969-cu ildə Heydər Əliyev Azərbaycan SSR Mərkəzi Komitəsinin I katibi vəzifəsinə təyin olunur. Bununla da Azərbaycanda dövlət quruculuğunda Heydər Əliyev dövrü başlayır. Məhz bu dövrdə Azərbaycan iqtisadiyyatının inkişafı, kənd təsərrüfatında göstəricilərin yüksəlməsi, milli kadrların inkişaf etdirilməsi, ali məktəblərin əsasının qoyulması və milli dövlətçilik ənənələrinin əsasının qoyulması istiqamətində çox ciddi addımlar atılır. Bu dövr həm də Azərbaycanda "qızıl dövr", "intibah dövrü" kimi də qiymətləndirilir.

Demokrat.az xəbər verir ki, bunu nəzərə alaraq politoloq Amid Əliyev və bir sıra gənclər Quba rayonu, Xınalıq kəndində Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən Heydər Əliyev Zirvəsinə yürüş təşkil ediblər.

Əsas məqsəd Heydər Əliyevin Azərbaycan və Azərbaycan xalqı üçün göstərdiyi fəaliyyətinə yüksək ehtiramın və diqqətin göstərilməsi olub.

Bu həm də yürüş iştirakçıları tərəfindən Heydər Əliyev şəxsiyyətinə olan bir mənəvi borcdur. Zirvədə politoloq Amid Əliyev tərəfindən bununla bağlı olaraq çıxış da edilib.




Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top