Rusiyanın "Artsax" oyunu: Ermənistan çoxdan sıradan çıxarılıb?

SİYASƏT 07 avqust 2025, 19:29
"Rusiya növbəti dəfə erməni kartından istifadə eləməyə çalışır. Azərbaycanla anlaşmaya nail ola bilməyən Rusiya indi yenidən erməni kartına doğru yönəlməyə başlayıb. Bu Kremldə hələ də geosiyasi prosesləri tam doğru dəyərləndirmək qabiliyyətində olmadıqlarını göstərir. Çünki erməni kartını Azərbaycan vurub sıradan çıxarıb. Azərbaycan bu erməni layihəsini bir dəfəlik ləğv edib, onun yenidən bərpa olunması qətiyyən mümkün deyil".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

"İndi Rusiya keçmişə dönüş yolları axtarsa da, erməni separatizmi və erməni terrorizmini Azərbaycana qarşı istifadə eləmək niyyətinə düşsə də, artıq dünya ciddi şəkildə dəyişib. Rusiya özü keçmişdə qalsa da, dünya inkişaf edib və yeni, daha proqressiv mərhələyə qədəm qoyub. Belə bir mərhələdə Rusiyanın oyun qaydaları və məkirli planları artıq aktual xarakter daşımır".

O bildirib ki, Rusiya dünyadan geri qalmaq istəmirsə, oyun qaydalarını, şərtlərini və vərdişlərini dəyişməlidir:

"Artıq dünyada heç kimi erməni layihələrinə inandırmaq mümkün deyil və Cənubi Qafqazda erməni layihəsinin yenidən bərpa olunaraq Rusiyanın geosiyasi təsir mexanizminə çevrilməsi də mümkün deyil. Azərbaycan Cənubi Qafqazda yeni status-kvo yaradıb və bu status-kvoda erməni layihəsinə yer yoxdur.

Əgər Ermənistanda Rusiyanın bu riyakar oyunlarına baş qoşmaq istəyənlər olacaqsa,  onlar da anlamalıdırlar ki, bununla Ermənistanın mövcudluğuna və gələcək taleyinə ciddi zərbə vurmuş olacaqlar.

Yəni Rusiya bundan sonra nə edirsə etsin, Azərbaycana təzyiq göstərmək mexanizmləri yoxdur. Erməni layihəsi də artıq sıradan çıxarılıb, tarixin arxivinə göndərilib və dəfn olunmuş layihədir. Bundan sonra Kremlin bu cür layihələrdən istifadə imkanları demək olar ki, sıfıra bərabərdir."

Əfsanə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top