“Sabah ABŞ prezidenti Trampın iştirakı ilə Azərbaycanla Ermənistan liderlərinin Ağ Evdə sülh muqaviləsinin müzakirəsi üçün görüş baş tutacaqdır. Görüşün məqsədi tərəflər arasında uzun illər davam edən münaqişəyə son qoyacaq sülh sazişinin əldə olunmasıdır”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Müşfiq Cəfərov deyib.
O bildirib ki, sülh Cənubi Qafqaza sabitlik gətirəcək, dünyanın ən uzun torpaq münaqişələrindən birinə son qoyaraq, regionun inkişafına da yol açacaqdır:
“Əslində bu görüş iyul ayında Əbu-Dabidə keçirilmiş İlham Əliyev-Paşinyan görüşünün davamı kimi qiymətləndirilməlidir. Həmin görüşdən sonra Prezident İlham Əliyev bildirmişdi ki, tərəflər bir neçə ay ərzində sülh razılaşmasının əsas prinsipləri və ya tam mətni üzərində razılıq əldə edib onu paraflaya bilərlər. Çox güman ki Prezident İlham Əliyevin nəzərdə tutduğu məhz bu Ağ Ev görüşüdür. Son zamanlar ABŞ-nın Azərbaycan və Ermənistan arasında sülh prosesi fonundakı diplomatik fəallığı diqqət çəkir. Vaşinqtonun bu iki Cənubi Qafqaz ölkəsi arasında uzunmüddətli və davamlı sülhə nail olunması üçün göstərdiyi təşəbbüslər Tramp administrasiyasının hakimiyyətə gəlişiylə başladı. Ağ Evdə baş tutacaq bu üçtərəfli görüş Prezident Trampın Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması istiqamətində birbaşa və ilk iştirakı olacaq”.
Deputat deyib ki, prezident seçildikdən sonra dünyada mövcud olan bir sıra münaqişələrə son qoyacağını vəd edən Trampın bu istiqamətdəki fəaliyyəti təqdirəlayiq haldır:
“Görüşdə sülh razılaşması imzalana bilər, lakin bu hələlik sülh müqaviləsi deyil, onun ilkin verisyası sayılacaq bir sənəd olacaq. Amma bütün hallarda Azərbaycan və Ermənistan arasında sülhü təmin edəcək ilk sazişin imzalanması münaqişəyə son qoyulması istiqamətində böyük siyasi hadisədir. Tərəflər arasında konkret razılaşmalar əldə ediləcəyi təqdirdə, bu, həm regional sabitlik və dayanıqlı əməkdaşlıq üçün yeni imkanların yaranmasına, həm də ABŞ-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçməsinə səbəb olacaqdır”.
Leyla Turan
Demokrat.az