"Nəsə olan kimi məni sənətimlə vururlar"

ŞOU-BİZNES 07 avqust 2025, 16:11
Xəbər verdiyimiz kimi, rəqqasə Rəna Ağamuradova (Renka) blogerləri ələ salıb.

Demokrat.az  axşam.az-a istinadən bildirir ki, sənətçi sözügedən açıqlamasının ardından blogerlər tərəfindən tənqid olunmasına münasibət bildirib:

"Həmin videodan sonra hamı məndən küsüb. Balaca blogerlər məni paylaşıb ünvanıma təhqir yazırlar. Bir şey olan kimi də məni sənətimlə vururlar. Beyinləri yoxdur, başqa nə ilə etsinlər? Nəsə demişəmsə, bu, mənim şəxsi fikrimdir. Azərbaycanca danışmışam deyə başa düşməmisiniz. Nəsə demişəmsə, əcəb eləmişəm. Köhnə blogerlərə nəsə deməmişəm. Onlar niyə küsürlər, anlamıram. Özünüzə əl qatmısınız. Bu sadəcə sizə məsləhət idi. Yeni çıxan blogerlər and içirəm ki, maraqsızdırlar. Mən də istəyirəm ki, maraqlı nəsə çəkəsəiniz. Niyə özünüzü bu qədər zəif göstərirsiniz? Deyilənlərin sizə necə təsir etdiyini büruzə verməyin. Şou-biznesdə olsanız, nə edərsiniz? Dava-dalaşlarımızı görsəniz... Sonra da öpüşüb-görüşürük. Nəsə deyəndə də cavab veririk ki, "əcəb eləmişəm".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top