Xəbər verdiyimiz kimi, 7 avqust 2025-ci il tarixində saat 05:00 radələrində Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Şəmkir rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bakıdan Qazax istiqamətində hərəkətdə olan sərnişin mikroavtobusu yük maşını ilə toqquşub. Nəticədə 7 nəfər həyatını itirib.
AYNA-dan verilən məlumata əsasən, qəza törədən sürücü qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olub.
Modern.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, belə hallarda diqqət ilk növbədə bu cür qanunsuz fəaliyyətə yönəlir. Onun sözlərinə görə, halbuki qanuni fəaliyyət göstərən sürücülər arasında da sağlamlıq problemi olanlar, qaydaları pozanlar heç də az deyil:
“Bəs gündəlik reyslərdən əvvəl sürücülərin tibbi müayinəsi necə həyata keçirilir? Bu müayinələr harada və hansı formada aparılır? Təəssüf ki, bu sahədə hələ də bir çox sual cavabsız qalır. Üstəlik, bu mövzu yalnız faciə baş verəndə gündəmə gəlir, bir müddət müzakirə olunur və sonra unudulur. Bu isə ciddi problemdir.
Sonuncu hadisədə 7 nəfər həyatını itirib və məlum olub ki, sürücünün ürək xəstəliyi varmış. Üstəlik, avtomobilin nə fərqlənmə nişanı, nə də buraxılış vəsiqəsi olub. Halbuki bu məsələ illərlə müzakirə olunub”.
Ekspert həmçinin qeyd edib ki, belə mikroavtobusların faəliyyəti əvvəllər qanunsuz hesab edilsə də, müəyyən müddətdən sonra onlara fərqlənmə nişanı və buraxılış kartı almaq şərti ilə fəaliyyət göstərmək imkanı verilib:
“Bəs bu sənədlər haradan və necə alınır? Bu proses kim tərəfindən tənzimlənir? Sürücülərin sağlamlığına kim və necə nəzarət edir? Əgər sürücü xəstədirsə, necə olur ki o sükan arxasındadır? Bu və digər suallara aydın və sistemli cavab tapmaq isə çox çətindir.
Qanuna dəqiqliklə əməl olunan təqdirdə isə, insanlar deyir ki, “çörəyimə bais olursunuz”. Amma qanuna göz yumulduqda belə faciələr yaşanır. Qanunlara əməl etməyə çağırış ediləndə müxtəlif bəhanələr səsləndirilir: “Başqaları da pozur, mən niyə əməl edim?” düşüncəsi cəmiyyətdə geniş yayılır. Təsəvvür edin ki, həmin sürücünü yolda polis saxlasaydı, bəlkə də sərnişinlər polisin üstünə gedəcəkdi – “nə olub ki, adam normal sürür” deyəcəkdilər. Bu cür incə, amma önəmli məqamlar əfsuslar olsun ki, tez-tez nəzərdən qaçır”.
E.Muradlı onu da əlavə edib ki, dəfələrlə AYNA, o cümlədən rəsmi qurumlar çağırış ediblər ki, vətəndaşlar səfərə çıxarkən rəsmi məntəqələrdən və nəzarətdə olan nəqliyyat vasitələrindən istifadə etsinlər.
“Məsələn, avtovağzaldan mikroavtobus və ya avtobus sifariş vermək mümkündür bu proses daha etibarlı və təhlükəsizdir. Amma əminliklə demək olar ki, bu hadisədə həyatını itirən və ya xəsarət alan sərnişinlərdən bəziləri sürücünü tanışlıqla tapıblar: “Mənim dostumun bir maşını var, gəlsin aparsın” - vəssalam. Bu, sərnişindaşıma fəaliyyəti deyil”.
Nəqliyyat eksperti diqqətə çatdırıb ki, vətəndaşlara düzgün yol göstərilsə də, çox vaxt əksini edirlər:
“Nəticədə şahidi olduğumuz kimi bir hadisədə 7 nəfər həyatını itirir, bir çox insan isə ömürlük travma ilə üz-üzə qalır. Bəs bu sonuncu hadisə olacaqmı? Təəssüf ki, xeyr. Belə qəzalar demək olar ki, hər ay baş verir. Artıq bir qəzada bir neçə nəfərin ölümü adi hal alıb.
Statistikaya baxdıqda, ümumi yol-nəqliyyat hadisələrinin sayında müəyyən azalma müşahidə olunsa da, baş verən qəzaların ağırlıq və şiddət dərəcəsi artır. Bir qəzada 7 nəfərin həlak olması kifayət qədər ciddi məsələdir. Düşünürəm ki, hadisəylə bağlı əsas məsuliyyət daşıyan şəxslər araşdırılmalı və mütləq qaydada cəzalandırılmalıdır”.