Göygöl İcra Hakimiyyəti iki ildə yolları 3 dəfə təmir etdirib: 1.5 milyonluq tenderlər

GÜNDƏM 07 avqust 2025, 17:41
Göygöl rayon İcra Hakimiyyəti növbəti tendderinə yekun vurub.

Tribunainfo.az xəbər verir ki, dünən müsabiqənin nəticələri açıqlanıb.

Məlum olub ki, sözügedən İcra Hakimiyyəti Göygöl şəhərində yolların əsaslı təmiri işlərini həyata keçirəcək. Bununüçün isə “GÖYGÖL TİKİNTİ” MMC ilə 829 min 651 manatlıq müqavilə bağlayıb.

Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı məlum olub ki, bu kiçik rayonda yolların təmiri məsələsi tenderlərin əsas mövzusu olub. Belə ki, son iki ildə Göygöldə küçə və döngələrində yolların əsaslı təmiri işlərinin satın alınması ilə daha iki tender keçirilib. Onlardan biri “CONSTRUCTION BUSINESS GROUP” MMC-yə həvalə olunub. Bunun üçün şirkətə 442 min 389 manat ödənilib.

İkinci tender isə Göygöl şəhərinin küçələrində və prospektlərində cari təmir işləri adı altında reallaşdırılıb. “TOPXANA LAYİHƏ İNŞAAT” MMC ilə 298 min 852 manatlıq razılaşma əldə olunub.

Maraqlıdır ki, Göygöl İcra Hakimiyyəti balaca bir rayonun küçələrini 1 milyon 570 min 892 manata niyə təmir etdirə bilməyib?

Xatırladaq ki, sözügedən rayonun icra başçısı Elvin Paşayevdir. O, 25 iyul 2022-ci ildən Göygöl rayonunu idarə edir.

Qarşı tərəfi də dinləməyə hazırıq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top