“2025-ci ilin əvvəlindən bu günə qədər 41 məktəbəqədər təhsil müəssisəsinin rəhbərinin vəzifəsindən azad edilməsi təkcə fərdi məsuliyyətlərlə izah oluna bilməz. Bu, ümumi sistemin xüsusilə uşaq bağçalarında idarəetmənin zəifliyini göstərir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil üzrə ekspert Elnur Əliyev deyib.
O əlavə edib ki, geniş miqyaslı dəyişikliklər baş verirsə, bu təkcə inzibati yoxlamaların nəticələri deyil:
“İllərlə yığılıb qalmış struktur problemlər var. Kadr seçimi meyarları qeyri-şəffaf, müəssisələrin maliyyə və idarəetmə yükü normadan artıqdır. Müasir təlim-tərbiyə prinsiplərinə uyğunlaşma zəif gedir. Burada əsas məsələ təkcə müdiri işdən çıxarmaq deyil. Onların əvəzinə gələcək şəxslərin hansı kriteriyalarla seçiləcəyi, bu sahədə hansı keyfiyyət dəyişikliklərinin aparılacağıdır. Əgər eyni sistem eyni şəkildə davam edəcəksə, növbəti illərdə də oxşar nəticələri görmək qaçılmaz olacaq. Uşaqlara erkən yaşlardan keyfiyyətli və təhlükəsiz təhsil vermək istəyiriksə, bu sahədə islahatlar təkcə kadr dəyişikliyi ilə məhdudlaşmamalıdır.”
Leyla Turan
Demokrat.az