“Ali təhsilə marağın artmasının əsas səbəblərindən biri dünya iqtisadiyyatında və təsərrüfatında baş verən struktur dəyişikliyidir. Əvvəllər kənd təsərrüfatı və hasilat sektorunda çalışan insanların sayı çox idisə, bu gün həmin sahələrdə işləyənlərin sayı get-gedə azalır.”
Bu fikirləri Demokrat.az-a açıqlamasında təhsil sahəsi üzrə mütəxəssis Samir Azimsoy bildirib.
Onun sözlərinə görə, müasir dövrdə peşə və ixtisas sahələrinə olan tələbat artıb:
"Əmək bazarında artıq yalnız ümumi biliklərə malik olan şəxslərə deyil, konkret ixtisas və peşə bacarıqlarına sahib mütəxəssislərə ehtiyac duyulur. Lakin ali təhsil müəssisələri əmək bazarının bütün tələblərini tam şəkildə ödəyə bilmir. Bu məsələdə əsas səbəblərdən biri də ali məktəblərə qəbul üçün müəyyən edilən meyarlardır. Həmin meyarlar isə hər kəs üçün əlçatan deyil".
Ekspert bildirib ki, ali təhsil almaq imkanı əldə edə bilməyən şəxslər üçün alternativ olaraq orta ixtisas və peşə təhsili müəssisələri ön plana çıxır:
"Bu tendensiya son illərdə daha da aktuallaşıb.
Ümumilikdə, orta ixtisas təhsil müəssisələrinin verdiyi diplomlar dövlət tərəfindən tanınır və rəsmi olaraq reyestrə daxil edilir. Orta ixtisas təhsili alan və subbakalavr dərəcəsi əldə edən şəxslər, müvafiq ixtisaslar üzrə ali məktəblərə imtahansız qəbul olunmaq imkanına malikdirlər. Kolleclərə olan maraq isə gündən-günə artır".
O, deyib ki, əmək bazarındakı dəyişikliklərə uyğun olaraq bəzi ixtisaslar ləğv edilir, bəziləri struktur baxımından yenilənir və yeni ixtisaslar yaranır:
"Bu gün informasiya texnologiyaları və informasiya xidməti ilə bağlı sahələrə ehtiyac artır və tələbələr bu istiqamətlərə üstünlük verirlər.
Orta ixtisas təhsil müəssisələrində ən çox tələb olunan sahələr arasında texniki xidmət, kompüter və informasiya texnologiyaları, nəqliyyat və logistika, maliyyə və mühasibatlıq, turizm xidməti kimi ixtisaslar var. Bu sahələr üzrə kadr hazırlığı dövrün tələblərinə cavab verir".
Samir Azimsoy əlavə edib ki, əgər kimsə ali məktəblərə qəbul müsabiqəsində keçid imkanı əldə edə bilmirsə, mütləq şəkildə orta ixtisas və ya peşə təhsili müəssisələrini seçməlidir:
“Orada yaxşı təhsil alaraq gələcəkdə ali məktəbdə təhsilini davam etdirmək mümkündür.”
Əfsanə Kamal
Demokrat.az