İsrailin Baş naziri Binyamin Netanyahu rəsmi Təl-Əvivin Qəzza zolağını ilhaq etmək niyyətində olmadığını bildirib.
“Report” “The Times of Israel”ə istinadən xəbər verir ki, o, bu barədə Hindistanın ingilisdilli “CNN-News18” nəşrinə müsahibəsində deyib.
Netanyahu vurğulayıb ki, İsrail Qəzzanı ilhaq etməyəcək və bu əraziyə nəzarəti keçid idarəetmə orqanına verməyi planlaşdırır.
O, həmçinin İsrailin hazırkı münaqişədə əsas məqsədlərini təsdiqləyib: HƏMAS-ın tamamilə məhv edilməsi və qalan bütün girovların qeyd-şərtsiz azad edilməsi.
İsrail Baş nazirinin sözlərinə görə, hərəkat üzvləri silahlarını yerə qoysa və oğurlananların hamısını azad etsə, döyüşlər tez bitə bilər.
Xatırladaq ki, daha əvvəl “Ynet” Netanyahunun rəhbərlik etdiyi İsrail hökumətinin Qəzza zolağının tam işğalına keçid planlarını təsdiqləməyə hazırlaşdığını bildirmişdi