YapiKredi Müraciət Forması
Dünya

Tramp: İranla müharibə başa çatmaq üzrədir

Tramp: İranla müharibə başa çatmaq üzrədir

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin başa çatmaq mərhələsində olduğunu bildirib.

Demokrat.az xəbər verir ki, Donald Tramp Ağ Evdə iştirak etdiyi mətbuat konfransında gündəmlə bağlı açıqlamalar verib.

O, İranla müharibənin sona yaxınlaşdığını qeyd edərək deyib:

"Hazırda yeni hərbi əməliyyat keçirmək o qədər də zəruri görünmür. Lakin hər cür ehtimala qarşı hazırıq. Bu münaqişənin sona çatmasına doğru irəliləyiş görürük. Məncə, müharibə tezliklə başa çatacaq".

Tramp İranın nüvə silahına sahib ola bilməyəcəyini vurğulayıb.

"Heç nəyə zəmanət verə bilmərəm, lakin geri qayıtmalı olsaq, hər şeyə hazırıq. Məcbur qalsaq, bu məsələyə çox ciddi yanaşacağıq. Daha bir yeni aviadaşıyıcımız var. Onların hamısı yeni və möhtəşəm avadanlıqlarla təchiz olunub. Ümid edirəm ki, onlardan istifadə etməyə ehtiyac qalmaz", – deyə ABŞ Prezidenti bildirib.