“Çin istehsalı olan “Chery” markalı avtomobilin plastik hissələrinin yüksək temperatur səbəbindən əriyərək deformasiya olunması hadisəsi ciddi narahatlıq doğurur".
Bunu Demokrat.az-a açıqlamasında avtomobil üzrə ekspert Elgiz Mehdiyev bildirib.
Onun sözlərinə görə, bu cür hallar avtomobildə istifadə olunan materialların keyfiyyəti ilə birbaşa əlaqəlidir:
“Əgər avtomobilin salon və ya kuzov üzərindəki plastik detalları 40-45 dərəcə temperaturda əriyirsə, bu, qeyri-standart materialların istifadəsinə işarədir. Normal şəraitdə avtomobil detallarının 80 dərəcəyə qədər istiliyə dözümlü olması gözlənilir. Yəni adi yay havasında belə bir problemin baş verməsi yolverilməzdir. Son illər “Chery” markası Azərbaycanda da populyarlıq qazanıb. Azərbaycanda da havalar son zamanlar 40 dərəcəyə yaxınlaşıb. Əgər bu avtomobil modelində eyni plastik materiallardan istifadə olunubsa, eyni problem burada da yaşana bilər. Ona görə istehlakçılar diqqətli olmalı, alacaqları avtomobillərin texniki göstəricilərinə, material keyfiyyətinə və beynəlxalq sertifikatlarına xüsusi önəm verməlidirlər. Belə hallar baş verərsə, istifadəçilər dərhal rəsmi servis mərkəzinə və ya istehsalçıya müraciət etməlidirlər”.
Leyla Turan
Demokrat.az