Rusiya bu cazibədar xanıma görə Türkiyəni məhkəmə ilə hədələdi — FOTOLAR

DÜNYA 07 avqust 2025, 17:35
Rusiyalı idmançı Sofiya Yakuşina Türkiyə ilə Rusiya arasında böhrana səbəb olub.

SAVASHMEDİA.az xəbər verir ki, rus atlet karyerasını Türkiyə millisində davam etdirmək üçün ölkənin Gənclər və İdman Nazirliyinə müraciət edib.

Müraciəti qəbul olunan idmançı Türkiyə vətəndaşı olub. Bu vəziyyət Rusiyanın narazılığına səbəb olub və Sofiyanın davranışını qəbuledilməz adlandırıb. 

Rusiya rəsmiləri Türkiyədən idmançının yetişdirilməsi üçün çəkdikləri xərci tələb ediblər:

“Sofiya karyerasına Türkiyədə yox, Rusiyada başlayıb. Onu biz yetişdirmişik. Sofiyanın idmançı kimi yetişməsi üçün məşqçiyə, düşərgəyə və məşqlərə pulu biz ödəmişik. Türkiyə bu xərclərimizi qarşılamağa məcburdur”.

Rusiyalı hüquqşünaslar məsələni beynəlxalq hüquq çərçivəsində qiymətləndirmək üçün artıq işə başlayıblar.

Qeyd edək ki, Sofiya Yakuşina 2024-cü ildə Rusiya Atletika Çempionatında gümüş medal qazanıb. 19 yaşlı idmançı Ukrayna müharibəsi səbəbi ilə rusiyalı idmançılara beynəlxalq səviyyədə tətbiq edilən məhdudiyyətlərdən sonra Türkiyə millisinə keçib.







SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top