"Bu tədbir mədəniyyət xarakteri daşıyır və müxtəlif mədəni təsisatlarda humanitar məsələləri əhatə edir. Azərbaycan ilə Ermənistanın bir-birini dəstəkləməsi tamamilə təbii haldır və burada qeyri-adi heç nə yoxdur. Artıq iki dövlət arasında sülhün əldə olunması ilə bağlı razılıq formalaşıb. Məsələn, bir neçə gün öncə ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri sülh müqaviləsini parafladılar".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib.
"Hazırda yalnız texniki məsələlər qalıb. Ermənistan Konstitusiya səviyyəsində müvafiq dəyişikliklər etdikdən sonra sülh müqaviləsinin imzalanması gözlənilir. Arzu budur ki, Cənubi Qafqazda sülh və sabitlik tam təmin edilsin. Bunun başlıca şərti isə Ermənistanın atacağı addımlardır. Əgər Ermənistan təxribatçı hərəkətlərə yol verməsə, sülh razılaşmasının reallaşması mümkündür".
O deyib ki, hazırki mərhələdə iki ölkə arasında etimad mühitinin yaradılmasına ciddi ehtiyac var:
"Bu mühitin formalaşması üçün tərəflərin bu kimi hallarda bir-birinə dəstək göstərməsi mühüm əhəmiyyət kəsb edir. Doğrudur, sosial şəbəkə istifadəçiləri və bəzi şəxslər bu məsələləri tənqid edə bilərlər, lakin burada qeyri-adi heç nə yoxdur. Əksinə, bu addımlar etimad mühitinin möhkəmlənməsinə xidmət edir.
Əlbəttə, tarixi unutmaq olmaz. Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli faciələr daim yaddaşlarda qalacaq, şəhidlərimizin əziz xatirəsi isə əbədi yaşayacaq. Bu, mübahisəsizdir. Lakin əgər biz sülh müqaviləsinin imzalanmasını və bölgədə sülhün bərqərar olunmasını istəyiriksə, bu istiqamətdə addımların atılması vacibdir.
Yenidən vurğulamaq lazımdır ki, daimi sülhün əldə olunması ilk növbədə Ermənistanın mövqeyindən asılıdır. Əgər o, hər hansı təxribatlara əl atmasa, Cənubi Qafqazda uzunmüddətli sülh və sabitlik mümkün olacaq".
Əfsanə Kamal
Demokrat.az