“İndiki şəraitdə ABŞ dollarının orta və uzunmüddətli dövrdə məzənnəsini proqnozlaşdırmaq çətindir. Belə ki, ABŞ hökumətinin qeyri-rasional iqtisadi siyasəti, eyni zamanda geosiyasi konjonktura, Federal Ehtiyat Sisteminin müstəqilliyi ilə bağlı yaranmış risklər ABŞ dollarının ilin sonuna məzənnəsini proqnozlaşdırmağı çətinləşdirir”.
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib. O bildirib ki, bir çox maliyyə institutlarının proqnozlarına baxanda bu qeyri-müəyyənliyi daha aydın görmək olur:

“Bir çox maliyyə institutları dolların ilin sonunadək öz məzənnəsini qoruyacağı, növbəti il qismən möhkəmlənəcəyi ilə bağlı proqnozlar verir. “JP Morgan” isə əksinə, dolların ilin sonunda həm avroya, həm funta münasibətdə ucuzlaşacağını gözləyir.
Növbəti dövrdə dolların məzənnəsi Donald Tramp tərəfindən həyata keçirilən siyasətin parametrləri ilə dizayn olunacaq. Avropa Mərkəzi Bankının, Britaniya Bankının bu istiqamətdə qəbul etdiyi qərarların təsirləri də önəmli valyutalara münasibətdə dolların məzənnəsini müəyyən edəcək.
Hazırda FED nisbətən sabitliyi müdafiə etməyə çalışır. Buna baxmayaraq, yanvar ayı ilə müqayisədə təxminən 12,5 faizə qədər ucuzlaşma baş verib. İlin sonuna qədər müxtəlif faktorların təsiri ilə bu sabitlik pozula bilər.
Nəzərə alsaq ki, Azərbaycan manatının məzənnəsi dollara münasibətdə formalaşır, bu o deməkdir ki, ilin sonuna qədər və növbəti il manat önəmli valyutalara münasibətdə qismən dəyərsizləşə bilər”.
Cavidan Mirzəzadə
Demokrat.az