Sentyabrın 22-də DİN-də III MDB Oyunları müddətində ictimai asayişin mühafizəsi ilə bağlı videokonfrans formatında naziryanı əməliyyat müşavirəsi keçirilib.
Nazir, general-polkovnik Vilayət Eyvazov bildirib ki, Azərbaycan bir çox nüfuzlu idman yarışlarına ev sahibliyi edib və daxili işlər orqanları belə tədbirlərdə təhlükəsizliyin təmin olunması sahəsində böyük təcrübə qazanıb.
Sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə və ölkəmizin daha 6 şəhərində keçiriləcək III MDB Oyunları zamanı polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları gücləndirilmiş iş rejimində xidmət aparacaqlar.
Tədbirdə iştirakçıların, azarkeşlərin, qonaqların və media nümayəndələrinin təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması, buraxılış məntəqələrində nəzarətin gücləndirilməsi, insanların maneəsiz hərəkəti üçün şərait yaradılması əsas vəzifələr kimi qeyd olunub.