“Tramp–Ərdoğan görüşü böyük əhəmiyyət daşıyır. Çünki hər iki lider qlobal məkanda iddialı mövqedən çıxış edirlər: ABŞ dünyanın superdövləti, Türkiyə isə əsas siyasi iradə mərkəzlərindən biridir. Bu baxımdan iki dövlət liderinin görüşü qlobal məkanda cərəyan edən geosiyasi proseslərin inkişaf istiqamətlərinə və məzmununa birbaşa təsir göstərə biləcək məsələdir”.
Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Onun sözlərinə görə, Tramp və Ərdoğan arasında müzakirə ediləcək mövzuların siyahısı kifayət qədər genişdir:

“Bu mövzulara Türkiyənin ABŞ-dən F-16 və F-35 qırıcıları alması ilə bağlı uzun müddətdir davam edən proses də daxildir. Eyni zamanda, Yaxın Şərq mövzusu da böyük ehtimalla görüşün gündəliyinə daxil ola bilər. Ukrayna müharibəsi ətrafında yaranmış situasiya da iki lider arasında müzakirə predmeti ola bilər. Nəhayət, müzakirə ediləcək mövzuların siyahısına Cənubi Qafqaz da daxil ola bilər. Çünki bu regionda hər iki dövlətin maraqları mövcuddur. Xüsusən, Zəngəzur dəhlizi mövzusu həm ABŞ-ı, həm də Türkiyəni yaxından maraqlandıran mövzudur”.
Cavidan Mirzəzadə
Demokrat.az