“Dabaq xəstəliyinin yayılması kənd təsərrüfatı bazarında ciddi silkələnməyə səbəb ola bilər. Heyvanların kütləvi şəkildə tələf olması ət bazarında təklifin azalmasına gətirib çıxaracaq”.
Bunu Demokrat.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Elçin Məmmədov deyib.
Ekspert əlavə edib ki, Bəbu, birbaşa olaraq qiymət artımı ilə müşayiət olunacaq:
“Süd və süd məhsulları sektorunda da oxşar vəziyyət yarana bilər. Çünki yoluxmuş və xəstəlikdən zəifləmiş heyvanlar süd istehsalını kəskin azaldacaq. Bu isə pendir, qatıq, kərə yağı kimi məhsulların bahalaşmasına gətirəcək. Bazarın ikinci mühüm tərəfi isə idxal asılılığıdır. Əgər yerli istehsal azalsa, daxili tələbatı ödəmək üçün xarici bazarlardan daha çox ət və süd məhsulu gətirmək lazım olacaq. Bu, idxal xərclərini artıracaq və bazarda sabitliyi pozacaq. Xəstəlik xəbərləri yayıldıqca insanlar ət və süd məhsullarına qarşı müəyyən tərəddüd göstərə bilər. Bu, qısamüddətli dövrdə bazarda satış həcmlərinin azalmasına səbəb ola bilər. Bir sözlə, dabaq xəstəliyi təkcə kənd təsərrüfatı sektoruna deyil, ümumilikdə ərzaq təhlükəsizliyinə də təhlükə yaradacaq”.
Leyla Turan
Demokrat.az