"Ekspert hər hansı bir və ya bir neçə sahəni dərindən bilən, həmin mövzuda tədqiqat və araşdırmaları olan, mediada və mətbuatda elmi işləri ilə tanınan şəxsə deyilir. Lakin Azərbaycan televiziyalarında son illərdə “ekspert” kimi tamaşaçılara təqdim edilən şəxslərin böyük əksəriyyəti sadalanan bu xüsusiyyətləri özündə birləşdirmir. Bu isə olduqca qəribə bir paradoks yaradır".
Bu sözləri Demokrat.az-a açıqlamasında İctimai və mədəniyyət xadimi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
O bildirib ki, ekspert kimi görmək istədiyimiz şəxslər alimlər, akademiklər, xalq yazıçıları, xalq şairləri, universitetlərdə dərs deyən tanınmış ziyalılar və intellektuallardır:
"Ancaq onlar çox vaxt televiziyalara çıxmaq istəmirlər. Çünki söylədikləri bir fikrə görə ailə üzvlərinin tənqid oluna biləcəyini düşünürlər. Digər tərəfdən, yaxşı danışmağı bacaran şəxslərin intellektual səviyyəsi bəzən kifayət etmir ki, ciddi məsələlərdə ekspert mövqeyi ortaya qoysunlar, yeni ideya və düşüncələr təqdim etsinlər.
Beləliklə, klassik ziyalılarımız olan akademiklər, xalq yazıçıları, şairlər, rəssamlar, bəstəkarlar danışmaq istəmirlər. Ən maraqlısı odur ki, onlar dövlət tərəfindən maliyyələşən qurumlardan maaş alırlar, prezident təqaüdü ilə təmin olunurlar, amma cəmiyyət üçün lazım olan məqamlarda ortada görünmürlər".
Onun sözlərinə görə, bu boşluğu isə televiziyalar məcburən başqa cür doldururlar:
"Yəni cəmiyyətdə nisbətən tanınan müğənnilər, sənətçilər, meyxanaçılar, hətta bəzən qalmaqallı şəxslər efirlərə dəvət olunur və “ekspert” kimi təqdim edilir. Əlbəttə, aralarında savadlı, müəyyən fikirlər söyləyənlər də olur, amma böyük əksəriyyət səviyyə baxımından zəifdir və ekspert adına layiq deyillər.
Əgər telekanallar həqiqi ekspertlərə müəyyən qonorar versələr, onlar motivasiya olar, həvəslənər və fikirlərini paylaşmağa maraq göstərərdilər. Təəssüf ki, indiki şəraitdə alimə, yazıçıya, analitik təfəkkür sahibi bir ziyalıya televiziyalarda populyar müğənnilər və meyxanaçılar qədər dəyər verilmir".
O deyib ki, digər tərəfdən, cəmiyyətin özü də bu məsələdə məsuliyyət daşıyır:
"Çünki insanlar sosial verilişlərə, şou proqramlara daha çox baxır, oradakı müğənnilərə, meyxanaçılara alqış edir, amma savadlı söz deyən insanlara eyni hörməti göstərmirlər. Halbuki telekanallar cəmiyyətin güzgüsüdür və cəmiyyət nə istəyirsə, telekanallar da onu təqdim edir.
Yavaş-yavaş vəziyyət dəyişir. Artıq tanınmış ekspertlərə xüsusi hörmət göstərilir, nəqliyyatla təmin olunurlar, hətta onların məişət və sağlamlıq problemlərinin həllinə dəstək verilir. Mən özüm də bu sıradayam. Çünki özümə hörmət qoyuram. Hansı telekanal mənim şərtlərimi qəbul edirsə, orada iştirak edirəm.
Ekspert televiziyaya çıxanda yalnız intellektual səviyyəsi ilə deyil, həm də estetik görünüşü, geyimi, danışığı və davranışı ilə nümunəvi olmalıdır. Təəssüf ki, bəzən bu tələblərə əməl olunmur və nəticədə “ekspert” adı altında müğənniləri, şou-biznes nümayəndələrini görürük.
Yaxın gələcəkdə isə düşünürəm ki, bu istiqamətdə addımlar atılacaq və qonşu ölkələrin telekanallarında olduğu kimi bizdə də daha ciddi, intellektual və analitik düşüncə sahibləri ekspert qismində efirlərdə çıxış edəcəklər".
Əfsanə Kamal
Demokrat.az