Türkiyəli aktyor Kıvanç Tatlıtuğ xüsusi dizayn edilmiş, dəyəri 4 milyon lirə (təxminən 80 min manat) olan motosikleti ilə diqqət çəkib.
Demokrat.az xəbər verir ki, "Sabah" nəşri aktyorun motosikleti dünya çempionu Toprak Razqatlıoğlunun dəstəyi ilə əldə etdiyini yazıb. Belə ki, Kıvanç bir müddət əvvəl idmançıdan motosiklet sürmə üzrə xüsusi dərslər alıb. Təlimlərdən sonra aktyor Toprağın Dünya Superbike Çempionatında yarışdığı motosikletin eynisini sifariş etmək qərarına gəlib.
Xüsusi sifarişlə hazırlanan motosikletin üzərinə aktyorun adı və onun üçün uğurlu sayılan "8" rəqəmi həkk olunub. Motosikletdə, həmçinin "KVNC R-SPEC" və dünyada yalnız bir ədəd istehsal edildiyini bildirən "ONE OF ONE" yazıları yer alıb.


