YapiKredi Müraciət Forması
İdman Özəl

Məhəmməd Salah dünyanın ən çox qazanan futbolçuları sırasına düşdü

Məhəmməd Salah dünyanın ən çox qazanan futbolçuları sırasına düşdü

"Trabzonspor"un misirli ulduzu Məhəmməd Salah 2026-2027-ci illər mövsümündə dünyanın ən çox qazanan futbolçularının siyahısında 10-cu yerdə qərarlaşıb.

Demokrat.az xəbər verir ki, "Forbes" jurnalının açıqladığı siyahıya əsasən, 37 yaşlı futbolçunun illik ümumi gəliri 36,8 milyon avro təşkil edir.

Məlumata görə, yay transfer pəncərəsində İngiltərənin "Liverpul" klubundan ayrılaraq "Trabzonspor"a keçən Salah Türkiyə təmsilçisi ilə ikiillik müqavilə imzalayıb. Razılaşmaya əsasən, futbolçu hər il 10 milyon avro zəmanətli maaş və 7 milyon avro imza bonusu alacaq. Bundan başqa, onun adı ilə əlaqəli lisenziyalı məhsulların satışından əldə olunan gəlirin 20 faizi də Salahın payına düşəcək.

"Forbes"in siyahısında ilk iki yeri Kriştiano Ronaldo və Lionel Messi tutub. Portuqaliyalı ulduzun illik gəliri 276 milyon avro, argentinalı futbolçunun qazancı isə 133 milyon avro göstərilib. "Real Madrid"in fransalı hücumçusu Kilian Mbappe 92 milyon avro gəlirlə üçüncü sırada qərarlaşıb.

Qeyd edək ki, siyahının ilk 10-luğuna daxil olan futbolçuların ümumi illik gəliri 867 milyon avroya çatıb.

Jalə